EN

Ukrayna üzrə yeni danışıqlar bu müddətdə baş tuta bilər

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Ukrayna ilə bağlı növbəti danışıqlar raundu qarşıdakı üç həftə ərzində keçirilə bilər.

Aznews.az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

Uitkoff qeyd edib ki, o və ABŞ prezidentinin kürəkəni Cared Kuşner tərəflərə müəyyən təkliflər təqdim ediblər və bu təkliflərin yaxın üç həftə ərzində tərəflərin görüşünə yol aça biləcəyinə ümid edirlər.

Diplomatın sözlərinə görə, bu proses sonradan Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenski arasında sammitə də gətirib çıxara bilər.

Chosen
6
41
aznews.az

10Sources