EN

Hobbit lərin 61 min il əvvəlki sirri açıldı

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Beynəlxalq tədqiqat qrupu müəyyən edib ki, "Homo floresiensis" - kiçikboylu qədim insanın ("hobbit") yox olmasında iqlim dəyişikliyi əsas rol oynaya bilər.

Oxu.Az xəbər verir ki, araşdırma "Communications Earth & Environment" jurnalında dərc olunub.

Aparılan analizləe göstərib ki, 76 000 il əvvəl başlayan quraqlıq 61 000 - 55 000 il ərzində maksimum həddə çatıb. Bu dövrdə su mənbələri azalıb, qida obyektləri olan kiçik fillərin sayı da kəskin azalıb və nəticədə "hobbit"lər yox olublar.

Alimlər, həmçinin istisna etmirlər ki, "Homo floresiensis" qida və su axtararkən "Homo sapiens" ilə qarşılaşa bilərdi, bu da onların yox olmasına təsir göstərmiş ola bilər.

"Bəlkə də, iqlim dəyişikliyi müasir insanlarla təmasın baş verməsi üçün şərait yaradıb. Bu mənada quraqlıq onların sonda yox olması üçün fon ola bilər", - tədiqiqatçılar belə ehtimal edirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
4
oxu.az

5Sources