Ötən həftə Fransa prezidenti Emmanuel Makron ABŞ-lı həmkarı Donald Trampa məktub yazaraq bir neçə Avropa vətəndaşına qarşı sanksiyaların ləğv edilməsini istəyib.
Bizim.Media xəbər verir ki, məlumatı “La Tribune Dimanche” qəzeti yayıb.
Sanksiyalar xüsusilə iki Fransa vətəndaşına aiddir: keçmiş Aİ Daxili Bazar üzrə Komissarı Tyerri Breton və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) hakimi Nikolas Qilu.
“Sizdən administrasiyanızın qərarlarını yenidən nəzərdən keçirməyinizi və Nikolas Qilu və Tyerri Breton əleyhinə ədalətsiz şəkildə tətbiq edilmiş sanksiyaları ləğv etməyinizi xahiş edirəm”, deyə Makron qeyd edib.
ABŞ əvvəllər Breton və amerikalıları senzura etmək cəhdlərində iştirak etdiyinə inandığı digər şəxslərə viza məhdudiyyətləri tətbiq edib. Xüsusilə keçmiş AB komissarı müəyyən internet platformaları üzərində nəzarəti əhəmiyyətli dərəcədə gücləndirən Aİ Rəqəmsal Xidmətlər Qanununun "əsas təşəbbüskarı" adlandırılıb.
Bizim.Media