EN

Uitkoff: Ukrayna üzrə yeni danışıqlar üç həftə ərzində baş tuta bilər

BAKI, 22 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna ilə bağlı növbəti danışıqlar raundunun yaxın üç həftə ərzində keçirilə biləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Uitkoff "Fox News" telekanalına müsahibəsində danışıb.

O deyib ki, ABŞ tərəfi hər iki tərəfə müəyyən təkliflər təqdim edib. Onun sözlərinə görə, bu təşəbbüslər yaxın üç həftə ərzində görüşün baş tutmasına və daha sonra Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında sammitin keçirilməsinə gətirib çıxara bilər.

Uitkoff əlavə edib ki, gələcəkdə üçtərəfli görüş ehtimalı da istisna olunmur. Onun fikrincə, ABŞ Prezidenti yalnız münaqişəyə son qoymaq və ən yaxşı nəticəni əldə etmək imkanının olduğuna əmin olacağı təqdirdə belə görüşdə iştirak edə bilər.

Xüsusi nümayəndə yaxın həftələrdə Ukrayna münaqişəsinin nizamlanması istiqamətində yaxşı xəbərlərin ola biləcəyinə ümid etdiyini də bildirib.

Chosen
19
7
teleqraf.com

10Sources