EN

Bakıya qarşı rezonans doğuran plan: ABŞ da ortaya çıxdı, dərhal tədbir görüldü

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Müasir beynəlxalq münasibətlər sistemində diplomatik təşəbbüslər miqyaslarına uyğun olaraq, dövlətlərin geosiyasi çəkisini və onlara olan strateji etimadı təsdiqləyən platformalar kimi qəbul edilir. Bu baxımdan, Azərbaycanın Sülh Şurasında təmsil olunması və Prezident İlham Əliyevin Vaşinqtonda keçirilən ilk toplantıda iştirakı ölkəmizin, artıq qlobal geosiyasi proseslərin təşəbbüskar və məsuliyyətli iştirakçısı kimi beynəlxalq nüfuzunun bariz göstəricisidir”.

Bu sözləri Globalinfo.az-a deputat Elçin Mirzəbəyli deyib.

Deputat bildirib ki, Vaşinqtonda baş verən təxribat cəhdi Azərbaycanın yüksələn rolunun müəyyən dairələr tərəfindən hibrid təxribatlar və hücumlarla qarşılandığını sübut edir:

“Qeyd edim ki, ölkəmiz postmünaqişə mərhələsində sülh gündəliyini təşviq edən, regional sabitliyi real layihələrlə təmin edən dövlət kimi çıxış edir. Enerji təhlükəsizliyi sahəsində ən etibarlı tərəfdaş statusunun qazanılması, Orta Dəhliz vasitəsilə Asiya və Avropa arasında alternativ nəqliyyat arteriyasının gücləndirilməsi, Cənubi Qafqazda, Mərkəzi Asiyada yeni geosiyasi balansın formalaşdırılması Bakının strateji baxışının nəticəsidir.

Prezident İlham Əliyevin Vaşinqtonda keçirilən ilk toplantıda iştirakı və dövlətimizin başçısının liderliyinə göstərilən yüksək ehtiram bir mühüm məqamı təsdiqləyir. Azərbaycan artıq qlobal təhlükəsizlik və sülh müzakirələrində söz sahibidir.

Prezidentin ABŞ-a səfəri zamanı təşkil olunan insidenti isə heç bir halda təsadüfi aksiya kimi qəbul etmək mümkün deyil. Hadisənin zamanlaması, informasiya materiallarının əvvəlcədən hazırlanmış şəkildə yayılması və ölkəmizə qarşı sistemli qərəzi ilə seçilən media resurslarında paralel kampaniyanın aparılması öncədən planlaşdırılmış təxribatı xatırladır.

Bu xüsusda bir neçə amil diqqət çəkir. İlk növbədə, ABŞ-də fəaliyyət göstərən erməni lobbi strukturlarının, xüsusilə Erməni Milli Komitəsi kimi təşkilatların anti-Azərbaycan kampaniyalarında uzun illərdir aktiv rol oynamaları məlum faktdır. Bu kimi qurumların və onların təsir dairələrində olan satqın siyasətçilərin saxta, manipulyativ informasiya yaymaq təcrübəsi kifayət qədərdir. Daha doğrusu, təxribatçılıq onların fəaliyyətlərinin əsasını təşkil edir.

Digər mühüm xətt isə hansı ölkədə yerləşməsindən asılı olmayaraq, erməni kilsəsinin belə proseslərdə alət kimi istifadə olunmasıdır. Qeyd edim ki, bir qayda olaraq, Rusiyadan yönləndirilən erməni kilsəsi diaspor şəbəkələrinin mobilizasiyasında da təsir mexanizmi rolunu oynayır”.

Elçin Mirzəbəyli

Deputat qeyd edib ki, geosiyasi rəqabət fonunda bəzi kəşfiyyat mərkəzlərinin erməni kilsəsindən və diaspor strukturlarından təsir aləti kimi istifadə etməsi yeni deyil:

“Bu baxımdan, Vaşinqtondakı təxribatın arxasında çoxqatlı əlaqələr sisteminin dayanması ehtimalı ciddi şəkildə nəzərdən keçirilə bilər.

Xarici təsir mərkəzlərinin bəzi satqın, xəyanətkar ünsürləri təxribatlara cəlb etməsi və onları “ictimai fəal” kimi təqdim etməsi isə klassik hibrid müdaxilə üsuludur. Bu cür şəxslərin emosional şüarlarla çıxış etməsi, arqumentsiz ittihamlar səsləndirməsi və dövlətin maraqlarına zidd, ləyaqətsiz davranışları onların hansı dairələrin təsiri altında olduqlarını açıq şəkildə göstərir.

Vaşinqton təxribatının əsas məqsədi, heç şübhəsiz, Azərbaycanın sülh təşəbbüslərini kölgədə qoymaq, beynəlxalq mediada alternativ neqativ fon yaratmaqdan ibarət olsa da, gözlənilən nəticəni vermədi. Əksinə, koordinasiyalı şəkildə yayılan materiallar təxribatın əvvəlcədən planlaşdırıldığını və siyasi şou xarakteri daşıdığını üzə çıxardı.

Azərbaycan xalqının və ictimai rəyinin bu cəhdə kəskin münasibəti də göstərdi ki, xarici şəbəkələrin əlində alətə çevrilən ünsürlərin cəmiyyətdə heç bir dayağı yoxdur və olmayacaq da…

Bütövlükdə, Vaşinqtondakı təxribat Azərbaycanın yüksəlişindən narahat olan lobbi, diaspor və xarici təsir şəbəkələrinin koordinasiyalı, lakin uğursuz cəhdi kimi tarixin arxivinə gömüldü və növbəti dəfə Azərbaycan ictimaiyyətnin lənətini qazandı”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
globalinfo.az

1Sources