BAKI, 22 fevral. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampa məktub göndərərək bir sıra Avropa vətəndaşlarına qarşı tətbiq edilən Amerika sanksiyalarının ləğvini xahiş edib.
Teleqraf xəbər verir ki, bu barədə "La Tribune Dimanche" nəşri məktubun məzmunu ilə tanış olduqdan sonra məlumat yayıb.
Məlumata görə, Makronun müraciətində adı çəkilən şəxslər arasında Fransadan olan iki fiqur, sabiq Avropa komissarı Tyerri Breton və Beynəlxalq Cinayət Məhkəməsinin hakimi Nikola Giyo da var.
Fransa lideri məktubunda bildirib ki, Tyerri Breton barəsində qəbul edilən sanksiyalar Avropanın tənzimləyici muxtariyyətini sarsıdır və səhv təhlillərə əsaslanır.
Nəşr qeyd edir ki, bu addım Vaşinqtonla Brüssel arasında davam edən sanksiya müzakirələri fonunda atılıb.