EN

KİV: Şahzadə Endryu hərbi təyyarələrdən Epşteynlə görüşlər üçün istifadə edib

BAKI, 22 fevral. TELEQRAF

Böyük Britaniya Kralı III Çarlzın qardaşı, keçmiş şahzadə Endryu Mauntbetten Vindzorun kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və bazalardan amerikalı maliyyəçi Ceffri Epşteynlə görüşlər üçün istifadə etmiş ola biləcəyi iddia olunur.

Teleqraf xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Böyük Britaniyanın sabiq baş naziri Qordon Braun hüquq-mühafizə orqanlarını məsələni araşdırmağa çağırıb. O, Müdafiə, Xarici İşlər, Nəqliyyat və Maliyyə nazirliklərinin əməkdaşlarının sorğu-suala tutulmasını istəyib.

Braun hesab edir ki, adıçəkilən qurumlarla Epşteyn arasında mümkün əlaqələrin olub-olmadığı müəyyənləşdirilməlidir.

Məlumata görə, məsələ Böyük Britaniya kralı III Karlın qardaşı olan Endryunun fəaliyyəti ilə bağlı iddialar fonunda yenidən gündəmə gəlib.

Chosen
18
teleqraf.com

1Sources