EN

2025-ci il Ukrayna üçün həqiqətən də çətin bir il oldu - Aleksandr Sırski

Bakı. Trend:

Ukraynadakı müharibə hələ dalana dirənməyib. Bu, Rusiyanınitkiləri və Ukrayna ordusunun hücum əməliyyatları ilə bağlıdır.

Trend xəbər verir ki, bufikri “Le Monde” kanalına müsahibəsində Ukrayna SilahlıQüvvələrinin baş komandanı Aleksandr Sırski söyləyib.

Onun sözlərinə görə, müharibə hələ dalana dirənməyib. 2025-ciildə ərazilər əldən-ələ keçməyə davam edib və döyüşlər bütüncəbhələrdə - quruda, havada və dənizdə davam edib.

“Rusiya 2025-ci ildə 406 min əsgəri səfərbər etsə də ümumiitkilər, ölən və yaralananların sayı təxminən 418 min əsgər təşkiledib”, - deyə baş komandan bildirib.

Sırski əlavə edib ki, 2025-ci il Ukrayna üçün həqiqətən də çətinbir il olub, lakin Müdafiə Qüvvələri təkcə düşməni, xüsusən dəPokrovsk sektorunda saxlamağı deyil, həm də hücum əməliyyatlarıaparmağı bacarıb.

Chosen
15
4
az.trend.az

6Sources