İran Avropa İttifaqına (Aİ) üzv dövlətlərinin İslam Respublikası silahlı qüvvələrinin bir hissəsini (SEPAH – red.) terror təşkilatı kimi tanıyan qeyri-qanuni qərarına cavab olaraq cavab tədbirlərinə dair bəyanat yayıb.
"Report" xəbər verir ki, bu barədə məlumat İran Xarici İşlər Nazirliyinin (XİN) "X"dəki hesabında yayılıb.
Bildirilib ki, Aİ-yə üzv dövlətlər BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsip və normalarına zidd olaraq, ölkənin rəsmi silahlı qüvvələrinin sütunlarından biri kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etdiyinə görə, Tehran da Aİ-yə üzv ölkələrin hərbi-dəniz (HDQ) və hərbi-hava qüvvələrini (HHQ) terror təşkiları elan edib.
XİN-in bəyanatında qeyd olunub ki, İran qarşılıqlılıq prinsipinə əsaslanıb. Bununla yanaşı, 2019-cu ildə qəbul edilmiş "ABŞ tərəfindən SEPAH-ın terror təşkilatı kimi tanınmasına cavab kimi qarşılıqlı tədbirlər haqqında" Qanunun 7-ci maddəsi xatırladılıb: "Həmin maddə "bu qərara hər hansı şəkildə tabe olan və ya onu dəstəkləyən bütün ölkələrə" "əgər ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyarsa, onlara qarşı cavab tədbirləri görüləcəyini" nəzərdə tutur".
Statement Regarding the Reciprocal Action in Response to the Illegal Decision of the #EU Member States to Label a Part of the Armed Forces of the Islamic Republic of Iran
— Foreign Ministry, Islamic Republic of Iran (@IRIMFA_EN) February 21, 2026
February 21, 2026
The Ministry of Foreign Affairs of the Islamic Republic of Iran, in response to the… https://t.co/oFEGDxSPxd