EN

Ukraynalı səfir: NATO Kiyevin danışıqlardakı mövqelərini gücləndirir

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

NATO diplomatik sülh formatının birbaşa iştirakçısı olmasa da, Ukraynanın danışıqlar masasındakı mövqelərini gücləndirməklə prosesə mühüm təsir göstərir.APA xəbər verir ki, bu barədə Ukraynanın NATO-dakı səfiri Alena Hetmançuk bildirib.

Onun sözlərinə görə, Alyans Ukraynaya hərbi yardımın tam dövrünü, yəni ehtiyacların müəyyənləşdirilməsindən tutmuş tədarükün logistikasınadək təmin edir.

“NATO hazırda Ukraynaya hərbi yardımın tam dövrünə cavabdehdir. Bu, sadəcə koordinasiya deyil, Ukraynanın danışıqlar masasındakı mövqelərinin gücləndirilməsidir”, – deyə diplomat vurğulayıb.

Hetmançuk bildirib ki, əvvəlcə Ukraynanın təcili ehtiyaclarının siyahısı təsdiqlənir, daha sonra bu siyahı NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı səviyyəsində təsdiqlənir və yekun mərhələdə tədarükün təşkili həyata keçirilir.

Səfir əlavə edib ki, NATO PURL təşəbbüsü çərçivəsində ABŞ istehsalı silahların Ukrayna üçün alınması məqsədilə vəsaitlərin toplanmasında da iştirak edir. Eyni zamanda Ukrayna və Avropa müdafiə sənayesinə investisiya qoyuluşu istiqamətində iş aparılır.

Alyans həmçinin Ukraynanın müdafiəsi üzrə Əlaqələndirmə Qrupunun – “Ramştayn” formatının iclaslarını təşkil edir və tərəfdaşların hərbi yardım öhdəliklərinin icrasını izləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
1
apa.az

2Sources