EN

İPL: “Mançester Siti” qələbə sayəsində lider “Arsenal”a yaxınlaşıb

Bakı, 22 fevral, AZƏRTAC

İngiltərə Premyer Liqasının 27-ci turunda növbəti oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” səfərdə “Mançester Siti”nin qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən matç “şəhərlilər”in qələbəsi ilə başa çatıb. Niko O`Reillinin vuruduğu iki qola “Nyukasl” bir dəfə cavab verə bilib. 2:1 hesablı qələbə sayəsində “Mançester Siti” lider “Arsenal”la xal fərqini ikiyə çatdırıb. “Nyukasl” isə turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Chosen
22
1
azertag.az

2Sources