ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın Həsəkə vilayətindəki “Qəsrək” bazasını boşaltmağa başlayıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu gün ABŞ ordusuna aid 20-dən çox boş yük maşını və hərbi texnikadan ibarət karvan İraq sərhədindən keçərək bazaya doğru hərəkət edib. Nəqliyyat vasitələri təxliyə əməliyyatında istifadə olunacaq.
Bu ay Suriya Müdafiə Nazirliyi “əl-Şəddadi” və “əl-Tanf” hərbi bazalarını ABŞ komandanlığından təhvil alıb.