EN

Suriyanın hökumət qüvvələri Əl Qamışlı hava limanına nəzarəti ələ keçirib

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyanın Mülki Aviasiya və Hava Nəqliyyatı İdarəsi Türkiyə ilə sərhəddə yerləşən Əl-Həsəkə vilayətinin Əl-Qamışlı şəhərindəki beynəlxalq hava limanına nəzarəti ələ keçirib.

"Report" SANA agentliyinə istinadən xəbər verir ki, bu, idarənin teleqram kanalında yayılan bəyanatda qeyd olunub.

Bu addım Suriya hökuməti ilə "Suriya Demokratik Qüvvələri" (SDQ) arasında bağlanmış sazişin icrası çərçivəsində atılıb.

"Departament rəhbərləri hava limanının istismar, texniki və inzibati imkanlarını qiymətləndirmək, həmçinin mülki aviasiya sahəsində ən yüksək beynəlxalq standartlara uyğun olaraq fəaliyyətin bərpası mexanizmlərini müzakirə etmək üçün hava limanını ziyarət ediblər", - məlumatda deyilir.

Xatırladaq ki, cari ilin yanvarında Suriya Prezidenti Əhməd əş-Şaraa və SDQ komandanı Mazlum Abdi razılığa gəliblər ki, qruplaşmanın döyüşçüləri hökumət qüvvələrinin tərkibinə daxil olacaq, onların Suriyanın şimal-şərqində yaratdıqları özünüidarə institutları isə Suriya dövlət strukturlarının bir hissəsi olacaq. Sənədə əsasən, Rumeylan və Əs-Suveydadakı neft yataqları, Əl-Qamışlı hava limanı və bütün sərhəd keçid məntəqələri Dəməşqin nəzarətinə keçir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
3
azpolitika.info

4Sources