EN

UEFA “Qarabağ”a “qənim kəsildi”, böyük cərimə kəsdi, səbəbini gizlətdi

UEFA “Qarabağ”ı cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, qərar Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda Almaniyadan “Ayntraxt”a qarşı keçirilən (3:2) oyunda şüarlara UEFA-nın İntizam Komitəsi tərəfindən qəbul olunub.

Qərara əsasən, Ağdam təmsilçisi “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və “ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbilə 17500 avro məbləğində cərimə olunub.

Qərarda söhbətin konkret nədən getdiyi açıqlanmayıb.

Bundan əlavə, təşkilatın məlumatına görə, klub bilet nəzarəti qaydalarını da pozub.

Chosen
8
sportinfo.az

1Sources