EN

Yeni transfer “Sportinfo”ya danışdı: "İsrarlıyıq, davam etmək lazımdır"

"Sumqayıt"ın Burkina Fasodan olan yeni hücumçusu Sedrik Badolo Premyer Liqanın 21-ci turunun "Qəbələ" ilə qolsuz bərabərliklə bitən matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- Oyunla bağlı nələr deyə bilərsən?

- Yaxşı oyun alındığını deyə bilərəm. Xüsusilə də öz oyunumu qeyd edərdim. Gərək qalib gələrdik, amma bunu bacarmadıq. Məşqçilər korpusuna təşəkkür edirəm. Forma yığmağımda əziyyətləri çoxdur. Burada olmaqdan məmnunam. Hər şeyin yaxşı olacağına inanıram.

- Yaxşı oyun keçirdiyinizi dedin, bəs qələbə üçün nə çatmadı?

- Futbolda belə hallar olur. Əslində uduza da bilərdik. Qapıçımız penalti qaytardı.

- Avrokuboklara vəsiqə qazanmaq çətin görünmür?

- Sonda bir xal qazandıq. Bu da yolumuza davam etməkdə bizə kömək olacaq.

- Hücum xətti qol vurmaqda çətinlik yaşayır. Sizin də transfer məhz buna görə həyata keçib. Məhsuldarlığı artırmağa nə çatmır?

- Futbolda bəzən çox qol vurursan, bəzən də oyun getmir və fərqlənə bilmirsən. Əsas odur ki, bunda israrlıyıq. Davam etmək lazımdır. İnşallah, hər şey yoluna düşəcək.

XANOĞLAN

Chosen
13
sportinfo.az

1Sources