EN

Məhkəməyə əsəbiləşib tarifləri qaldırdı

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin onun tarif siyasətinə vurduğu ağır zərbədən cəmi bir gün sonra “qlobal tarifi” 15%-ə qədər yüksəltdiyini elan edib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu qərarını “Truth Social” hesabında paylaşaraq Ali Məhkəmənin qərarını “Amerika əleyhinə” və “məntiqsiz” adlandırıb:

“Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, on illərdir ölkəmizi talayan dövlətlərə tətbiq edilən 10%-lik rüsumu dərhal qüvvəyə minmək şərtilə, qanunla icazə verilən maksimum həddə – 15%-ə qaldırıram”.

Xatırladaq ki, fevralın 20-də Ali Məhkəmə 6-3 səs çoxluğu ilə Trampın fövqəladə səlahiyyətlərə (IEEPA) əsaslanaraq tətbiq etdiyi əvvəlki tarifləri qanunsuz sayaraq ləğv etmişdi. Buna qəzəblənən Tramp hakimləri “xarici maraqlara xidmət etməkdə” ittiham edib və dərhal 1974-cü il Ticarət Aktının 122-ci maddəsini (balans ödənişləri problemi zamanı 150 günlük müvəqqəti tarif səlahiyyəti – red.) dövriyyəyə salıb.

Məlumat üçün bildirək ki, yeni 15%-lik tarifin fevralın 24-dən etibarən tətbiq ediləcəyi gözlənilir. İqtisadçılar bu addımın qlobal ticarətdə yeni xaos yaradacağını və ABŞ-nin indiyədək topladığı 287 milyard dollarlıq rüsumların geri qaytarılması məsələsinin daha da mürəkkəbləşəcəyini bildirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
1
qafqazinfo.az

2Sources