"Aston Villa"nın hücumçusu Temmi Abraham İngiltÉ™rÉ™ Premyer Liqasında "Lids"lÉ™ ev oyununda komandasına 1:1 hesablı bÉ™rabÉ™rlik qazandıran qola imza atıb.Â
QOL.az xəbər verir ki, bununla da ingiltərəli forvard 6 illik fasilədən sonra yenidən Premyer Liqada qol sevincini yaşayıb. Belə ki, futbolçunun Premyer Liqadakı son qolu 2020-ci ilə təsadüf edir. O, həmin vaxt "Çelsi"nin heyətində çıxış edərkən 2020-ci il dekabrın 26-da "Arsenal"ın qapısına yol tapıb (3:1).
Xatırladaq ki, həmin tarixdən sonra Abraham karyerası ərzində "Roma", "Milan" və "Beşiktaş" kimi klublarda oynayıb. Bu qış isə vətəninə dönən 28 yaşlı hücumçu artıq "Aston Villa"nın şərəfini qoruyur.