EN

Consondan Ukrayna ilə bağlı şok çağırış

Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson London və onun müttəfiqlərini qısa müddətdə Ukraynaya qeyri-döyüş hərbi kontingentlər göndərməyə çağırıb, onun fikrincə, belə bir addım Rusiyanın gələcək hərəkətlərinə təsir göstərə bilər.

Publika.az BBC-yə istinadən xəbər verir ki, o bunu "Sunday with Laura Kuenssberg" proqramına müsahibəsində bildirib.

Consonun sözlərinə görə, əgər müttəfiqlərin mümkün atəşkəsdən sonra qoşun yeritmək planı artıq varsa, belə addımı sonraya saxlamağa heç bir səbəb yoxdur.

Hazırda Böyük Britaniya müharibənin başa çatması barədə razılıq əldə edilməsi şərti ilə tərəfdaşlarla sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün "İstəklilər Koalisiyası" formatı üzərində işləyir.

Chosen
4
2
publika.az

3Sources