Müğənni Nərmin Kərimbəyova “Şirin çay” adlı yeni klipini təqdim edib.
Doğru.az xəbər verir ki, mahnı gənc yazar Ünal Məmmədova məxsusdur və rejissor Xəyal Murtuzov tərəfindən ekranlaşdırılıb.
Klipdə Nərmin bir-birindən fərqli obrazlara girərək dinamik tərzi ilə sevənlərinə eşq mesajları çatdırıb. Sənətçi layihədən olduqca razı qaldığını bildirib:
“Ünal Məmmədovun bu ilk mahnısı mənə tam uyğun gəldi. Dinamikası və sözlərindəki pozitiv mesaj ruhuma xoş gəldi” – deyə Kərimbəyova qeyd edib.
Bəstənin aranjiman və masterinqi Rasim Əsgərov və Dahinaya, stilist işi isə Babək Qədirova aiddir. Klipdə Nərmin 3 yerli brendin geyimlərini nümayiş etdirib. Layihənin kreativ direktoru Səkinə Mustafayevadır.
DOĞRU.AZ

