EN

Ukrayna Baş Qərargahı Rusiya hərbi zavodunun 5 “Flaminqo“ raketi ilə vurulmasını təsdiqlədi...

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

21 fevral gecəsi Ukrayna Raket Qoşunları və Artilleriya bölmələri Rusiyanın Udmurt Respublikasının Votkinsk şəhərindəki Votkinsk Zavod hərbi-sənaye kompleksinə FP-5 Flamingo qanadlı raketlərindən istifadə edərək zərbə endirib.

Moderator.az-ın bu gün səhər saatlarında yaydığı bu xəbəri,  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook"-da təsdiqləyib.

"21 fevral gecəsi Ukrayna Raket Qoşunları və Artilleriya bölmələri "FP-5 Flamingo" qanadlı raketlərindən istifadə edərək zərbə endirib. Votkinskdəki (Udmurt Respublikası, Rusiya) Votkinsk zavod hərbi-sənaye kompleksinə zərbə endirilib. Obyektdə yanğın aşkar edilib. Nəticələr dəqiqləşdirilir", - deyə açıqlamada bildirilir.

Votkinsk zavodunun aşağıdakı funksiyaları var: 

-"955A" layihli "Borei-A" sualtı qayıqları üçün qitələrarası ballistik raketlərin, "RS-24 Yars", "Yars-S", "Yars-M", "ZM-30" (R-30) "Bulava" ballistik raketlərinin istehsalı; 

-"İsgəndər-M" raket kompleksi üçün "9M723-1" və "Kinjal" hava raket sistemi üçün "9-S-7760" tipli ballistik raketlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
1
moderator.az

2Sources