EN

Bədənində "canlı tarakan var" dedilər, həqiqət isə başqa imiş - FOTO

Rentgen müayinəsi zamanı sinəsində canlı tarakan olduğu deyilən şəxsin başına gələnlər eşidənləri həm təəccübləndirib, həm də güldürüb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, qəribə hadisə Keniyada yşanıb.

Belə ki, Keniya dövlət xəstəxanasında rentgen müayinəsindən keçən xəstəyə görüntülərdə sinə nahiyəsində canlı bir tarakan göründüyü bildirilib. İddialara görə, xəstəyə müalicə üçün Sinqapura getməsi tövsiyə edilib.

Daha sonra xəstə Sinqapura gedərək orada geniş müayinələrdən keçib. Nəticədə rentgendə göstərilən həşəratın xəstənin bədənində olmadığı üzə çıxıb.

Problemin Keniya xəstəxanasında istifadə edilən rentgen aparatının içərisində ilişib qalmış bir tarakandan qaynaqlandığı məlum olub.

Billurə

Chosen
14
1
olke.az

2Sources