Bu ilin yanvar ayında Azərbaycanda avtomobil nəqliyyatı ilə 10 milyon 794,7 min ton yük, 149 milyon 36,1 min sərnişin daşınıb.
Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 572,4 min ton və ya 5,6 % və 10 milyon 876,3 min sərnişin və ya 7,9 % çoxdur.
Hesabat dövründə 142 milyon 860,1 min sərnişin avtobusdan istifadə edib. Bu, 2025-ci il ilə müqayisədə 10 milyon 582,2 min nəfər və ya 8 % çoxdur.
Yanvarda minik taksilərinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 294,1 min nəfər və ya 5 % artaraq 6 milyon 176 min nəfər olub.