Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Monakonun hökumət məsləhətçisi - xarici işlər və əməkdaşlıq üzrə naziri İzabel Berro-Amadey ilə danışıqlar aparıb.
"Far.Az"un məlumatına görə, diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Monakoda səmərəli danışıqlar aparılıb. Hökumət məsləhətçisi - xarici işlər və əməkdaşlıq üzrə nazir İzabel Berro-Amadeyə, eləcə də hökumət məsləhətçisi - avadanlıq, ətraf mühit və şəhərsalma üzrə nazir Selin Karon-Dajoniyə təşəkkür edirəm", - L.Abdullayeva yazıb.
Les échanges fructueux à #Monaco. Je remercie Mesdames Isabelle Berro-Amadeï Conseiller de Gouvernement - Ministre des Relations Extérieures &de la Coopération et Céline Caron-Dagioni, Conseiller de Gouvernement-Ministre de l’Equipement, de l’Environnement et de l’Urbanisme 🇦🇿🇲🇨. pic.twitter.com/dksTPOTx9j
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) February 21, 2026