EN

“Amerikada sənə ehtiyacımız var” − Tramp Ronaldoya müraciət etdi

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp “Əl-Nəsr” və Portuqaliya milli komandasının hücumçusu Kriştiano Ronaldoya müraciət edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında məlumat yayıb.

“Kriştiano Ronaldo, sən ən böyüksən. Amerikada sənə ehtiyacımız var. Əşyalarını yıq, sənə ən qısa zamanda ehtiyacımız var”, - Tramp bildirib.

Xatırladaq ki, fevral ayında Ronaldo klub rəhbərliyindən narazılığına görə “Əl-Nəsr” oyunlarını boykot edib. Futbolçu klubun Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu tərəfindən idarə olunmasından narazı olub. Mediada yayılan məlumatlara görə, Ronaldo fondun nəzarət etdiyi digər klublara, xüsusən də “Əl-Hilala” nisbətən komandasına daha az diqqət və resurs ayırdığına inanır. Daha sonra o, komandaya qayıdıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
yeniavaz.com

1Sources