EN

Nənələr haqlı imiş 35 qəpiklik möcüzə

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paltar şkaflarında yaranan xoşagəlməz və kəskin qoxu adətən havanın yaxşı dövr etməməsi və parçalarda rütubətin yığılması nəticəsində yaranır. Xüsusilə fəsil dəyişən zaman paltarlar uzun müddət havalandırılmadan sıx şəkildə saxlanıldıqda bu problem daha da kəskinləşir. Bu spesifik qoxudan xilas olmaq üçün bahalı ətirli spreylərə ehtiyac yoxdur. Apteklərdə satılan ən ucuz vasitələrdən olan aktivləşdirilmiş kömür bu məsələdə əsl xilaskardır.Demokrat.az xəbər verir ki, aktivləşdirilmiş kömür kənar qoxuları neytrallaşdırmaq üçün ən effektiv vasitələrdən biri hesab olunur. Adi hava təravətləndiricilərindən fərqli olaraq kömür qoxunu gizlətmir, onu fiziki olaraq özünə çəkir və artıq nəmi udur. Bunun üçün 5-10 ədəd həbi kiçik parça torbalara və ya kağız paketlərə qoyub rəflərə paylamaq kifayətdir. Belə təbii filtrləri ayda bir dəfə yeniləmək tövsiyə olunur.Şkafdakı havanı daha da yaxşılaşdırmaq üçün bəzi təbii əlavələrdən də istifadə etmək mümkündür. Qurudulmuş lavanda çiçəkləri həm xoş ətir verir. Sidr ağacı qırıntıları təbii antiseptik xüsusiyyətlərə malikdir. Kağız bükülmədə olan kiçik ətirli sabunlar isə rəflər üçün klassik vasitə sayılır.Maraqlıdır ki, Yaponiyada evlərin havasını təmizləmək üçün ənənəvi olaraq bambuk kömüründən istifadə edilir. Onun məsaməli strukturu adi ağac kömüründən dörd dəfə daha güclüdür və güclü dezinfeksiyaedici rolunu oynayır. Yerli şəraitdə isə adi aptek kömürü minimum xərclə eyni effekti verir.Ev təsərrüfatı mütəxəssisləri həmçinin tövsiyə edirlər ki, rəfləri yığmazdan əvvəl onları sirkəli su ilə silmək lazımdır. Bu, ağır qoxunun əsas səbəbi olan kif göbələklərinin sporlarını məhv edir. Şkafı həftədə iki dəfə 15 dəqiqə ərzində havalandırmaq isə rütubət qoxusu riskini 80 faiz azaldır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
demokrat.az

1Sources