EN

Premyer Liqa komandasında əməliyyat gözlənilir - FOTO

"Sumqayıt"da ciddi itki yaşanıb.

Premyer Liqanın 21-ci turunun "Qəbələ" ilə matçında ağır zədə alaraq meydanı tərk etməli olan Roi Kehatın durumu məşqçilər korpusunu üzüb.

Həkimlərin ilk rəyi hər kəsi məyus edib.

İsrailli legioner üçün mövsümün erkən başa çatdığını demək olar.

33 yaşlı yarımmüdafiəçi oyundan sonra stadionu əsaların və komanda yoldaşlarının köməyi ilə tərk edib.

Onunla bağlı ən son qərar MRT müayinəsindən sonra veriləcək.

Orta sahə oyunçusunun əməliyyat edilməsi istisna olunmur.

"19 nömrə" bu mövsüm keçirdiyi 21 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

O, 2023-cü ilin yayından "kimyaçılar"ın şərəfini qoruyur.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
14
sportinfo.az

1Sources