Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan SülhŞurasının ilk iclası keçirildi. Prezident Donald Tramp SülhŞurasının sədri olaraq Şuranın qətnaməsini imzaladı. Sülh Şurasınınüzvləri Şuranın fəaliyyətini təmin edəcək maliyyə bütövlüyü vəşəffaflıq prinsiplərini müəyyənləşdirən qətnaməyə səs verdilər.Qətnamə yekdilliklə qəbul edildi. Bu, fevralın 19-da Vaşinqtondadünyada sülhün möhkəmləndirilməsini əsas hədəf kimi qarşıya qoyanSülh Şurasının ilk iclası ilə bağlı nəticələrdir. Bu günün müzakirəmövzusu təbii ki, beynəlxalq münasibətlər sisteminin hazırda köklütransformasiya mərhələsindən keçdiyi və mövcud qlobal idarəetməmexanizmlərinin yeni reallıqlara adekvat cavab vermədiyi birzamanda yaradılan Sülh Şurasının perspektivləridir.
Dünyada sülhün və təhlükəsizliyini yaradılması missiyasınıüzərinə götürən, bugünədək qəbul etdiyi sənədlərin icrası üçünvahid mexanizm müəyyənləşdirməyən BMT-nin fəaliyyətsizliyi müxtəlifçağırışları şərtləndirir. Azərbaycan bu ilin yanvarında İsveçrədəkeçirilən ənənəvi Davos Dünya İqtisadi Forumu çərçivəsində “SülhŞurasının Nizamnaməsi” sənədinin imzalanması mərasimində iştiraketdi, Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşuldu. AzərbaycanınSülh Şurasında bu statusda təmsil olunması ölkəmizin beynəlxalqmünasibətlər sistemində artan siyasi çəkisinin və qlobalproseslərdə etibarlı tərəfdaş kimi qəbul olunmasınıngöstəricisidir. Azərbaycan hər zaman ədalətin, sülhün,təhlükəsizliyin tərəfdarı olub, bunu ən yüksək tribunalardan bəyanedib və bu gün də edir. Sülh, təhlükəsizlik hər bir ölkənin,ümumilikdə regionun və dünyanın dayanıqlı inkişafında əsasfaktordur. Reallıq budur ki, ənənəvi beynəlxalq təşkilatlar vətəsisatlar dünya ictimaiyyətinin üzləşdiyi təhlükəsizlik vəhumanitar problemləri həll etmək iqtidarında deyillər. Hazırdadünyada 60-dan artıq münaqişə ocağının mövcudluğu, o cümlədənQəzzada baş verən hadisələr və Rusiya-Ukrayna müharibəsinin davametməsi beynəlxalq mexanizmlərin iflasını bir daha təsdiqləyir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan 30 il dünyadanədalət gözlədi. Halbuki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindəQarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, ermənisilahlı birləşmələrinin bu əraziləri qeyd-şərtsiz tərk etmələrininvacibliyi öz əksini tapmışdı. Bu qətnamələrin qəbulunda iştirakedən və imzaları ilə təsdiqləyən dünya gücləri işğalçının öz adıilə çağrılmasının guya problemin həllinə mənfi təsir göstərəcəyini,birtərəflilik kimi dəyərləndiriləcəyini bəhanə gətirərək keçmişmünaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməkməqsədilə yaradılan və tarixin arxivinə atılan ATƏT-in Minskqrupunun həmsədrləri kimi seyrçi mövqedə dayanmağa daha çoxüstünlük verdilər. Çünki onları məsələnin həlli deyil, problemindondurulması düşündürürdü. Azərbaycan 2020-ci ildə baş verən 44günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə ədaləti bərpaetdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icraetdi. Azərbaycan bu Zəfəri ilə bəzi dünya güclərinə sübut etdi ki,ədalət və beynəlxalq hüquq meyarları mövcuddur, sadəcə onlarıntətbiqi üçün vahid mexanizm yoxdur. Ədalətin, beynəlxalq hüququnmaraqlara qurban verilməsi nəinki keçmiş Qarabağ münaqişəsininhəlli prosesinin 30 il uzanmasına, eyni zamanda, onlarla münaqişəocaqlarının yaranmasına səbəb oldu. Cərəyan edən proseslər fonundabir daha təsdiqləndi ki, Birləşmiş Millətlər Təşkilatımünaqişələrin qarşısının alınması və həlli sahəsində yetərli siyasiiradə və təsir imkanları nümayiş etdirmir. Qurumun mövcudçağırışlara operativ və təsirli cavab verə bilməməsi yeniplatformaların və çoxtərəfli mexanizmlərin formalaşmasını qaçılmazedir. Məhz bu zərurətdən çıxış edərək Tramp Administrasiyasıtərəfindən alternativ sülh mexanizmi kimi Sülh Şurası təşəbbüsüirəli sürüldü.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevinçağırışlarında bu reallıq daim önə çəkilir ki, dünyada uzunillərdir müzakirə olunan mühüm məsələlərdən biri BMT sistemindəaparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladırvə indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibigenişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun vəcoğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer QoşulmamaHərəkatına verilməlidir və Hərəkata sədrlik edən ölkə növbəlişəkildə bu yerə sahib olmalıdır.
Görünən budur ki, BMT Nizamnaməsində təsbit olunmuş beynəlxalqsülhün qorunması, münaqişələrin dinc yolla həlli və dövlətlərinsuveren bərabərliyi prinsiplərinin praktikada pozulması təşkilataolan etimadı ciddi şəkildə sarsıdır. Beynəlxalq təhlükəsizlikarxitekturasının yenidən dizaynına və daha çevik, effektivmexanizmlərin yaradılmasına ehtiyac var. ABŞ Prezidenti DonaldTramp Sülh Şurasının ilk iclasında “BMT münaqişələrin həllindəəvvəlkindən daha çox iştirak etməlidir”, “ABŞ BMT ilə çox yaxındanişləyəcək”, “Bir gün mən burada olmayacağam. Düşünürəm ki, BMT dahagüclü olacaq. Sülh Şurası demək olar ki, BMT-yə nəzarət edəcək vəonun düzgün işləməsini təmin edəcək” kimi çağırışları özündə mühümməqamları ehtiva edir. Sülh Şurasının gələcəyinə böyük inam ifadəedilir.
Millət vəkili bildirib ki, Azərbaycanın beynəlxalq müstəvidəfəal siyasət yürütməsi ölkəmizin inkişaf modeli, strateji sabitliyivə çoxtərəfli diplomatiyaya verdiyi töhfələri ilə birbaşa bağlıdır.Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olması ev sahibliyi etdiyitədbirlərdə, qlobal problemlərin həllində göstərdiyi səylərdə dəözünün aydın ifadəsini tapır. Prezident İlham Əliyev qlobalproblemlərin həllində birgə səylərin göstərilməsinin vacibliyinibəyan etməklə yanaşı, bunu real addımları ilə təsdiqləyir.Prezident İlham Əliyev bu günlərdə Münxen TəhlükəsizlikKonfransının panel iclasındakı çıxışında, həmçinin müsahibələrindəbu gün Azərbaycanın əsas çağırışının məhz sülh, təhlükəsizlik vəəməkdaşlıq olduğunu bildirdi. Azərbaycanın dünyaya təqdim etdiyisülh modeli ölkəmizin qətiyyətli mövqeyinin, ədalətə, beynəlxalqhüquqa söykənən siyasətinin nümayişidir. Bu fikirlər beynəlxalqtədbirlərdə Azərbaycanın uğuru, Prezident İlham Əliyevinliderliyinin göstəricisi kimi qeyd edilir. Ölkəmizin beynəlxalqproblemlərin qarşısının alınmasında oynadığı rol konstruktivyanaşma, dialoq və nəticəyönümlü diplomatiya prinsiplərinəəsaslanır. Ölkəmizin Sülh Şurası çərçivəsində önə çıxmasının əsassəbəblərindən biri məhz Ermənistanla sülh gündəliyinin irəliaparılması üzrə ortaya qoyduğu nümunəvi modeldir. Məhz bu modelregionda uzun illər davam edən münaqişənin Prezident İlham Əliyevinliderliyi ilə həll olunmasını mümkün etdi. Qlobal kontekstdə butəcrübə dövlətin öz suverenliyi və beynəlxalq hüquq çərçivəsindəmünaqişənin həllinə nail olduğu nadir nümunələrdən biri kimiqiymətləndirilir. Hazırda Sülh Şurasına qoşulmuş dövlətlərin sayı28-dir. Bu rəqəmin artması istisna deyil. ABŞ Prezidenti DonaldTramp Sülh Şurasının ilk iclasında bu çağırışı etdi ki, Sülh Şurasıistənilən ölkəyə açıqdır.
Vüqar Rəhimzadə vurğulayıb ki, Sülh Şurasında Azərbaycanıniştirakı ölkəmizin növbəti uğuru, Prezident İlham Əliyevin dünyadaböyük nüfuzu və Ona olan hörmətin təzahürüdür. Prezident İlhamƏliyev sülh gündəliyinin müəllifidir. Tədbir zamanı PrezidentTrampın bir neçə dəfə Azərbaycan Prezidenti İlham Əliyevə xitabetməsi bunun bariz göstəricisidir. Prezident İlham Əliyev iləErmənistanın Baş naziri Nikol Paşinyanın tədbir çərçivəsindəgörüşməsi və bunun ABŞ Prezidenti Donald Tramp tərəfindən qeydedilməsi qlobal sülhün və təhlükəsizliyin təmin olunmasındaAzərbaycanın və Prezident İlham Əliyevin rolunun göstəricisidir.Prezident İlham Əliyev Sülh Şurasının ilk iclasından öncə MünxendəAzərbaycan telekanallarına müsahibəsində bu təşkilatın gələcəyi iləbağlı sualı cavablandırarkən bildirdi ki, beynəlxalq hüquq artıqetibarlı deyil. Ölkələr, bir çox ölkələr ona sadəcə məhəl qoymurdu.Yalnız beynəlxalq hüquqa arxalanmaq probleminizi həll etməyəcək.Azərbaycanın nümunəsi isə bunu həqiqətən nümayiş etdirir.Beləliklə, yeni dünya nizamının və ya hökumətlərarası münasibətlərüzrə yeni sistemin peyda olması, əlbəttə ki, işlənilmə mərhələsindəidi. Məsələ onda idi ki, ilk addımı atmaq üçün kim üzərinəməsuliyyət götürəcək. Böyük gələcəyi olan təşkilatın - SülhŞurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident DonaldTramp böyük bir iş gördü. Prezident İlham Əliyev onu da vurğuladıki, Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətədüşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərəbilməyəcək. Alternativ də yoxdur. Biz birgə fəaliyyət zamanı dahaçox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kimgüclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamısivil dünyanın münasibətləri və beynəlxalq nizamın yenimexanizmləri deməkdir.