Azərbaycanda qışın ən soyuq hesab edilən dövrü - Kiçik çillə çıxıb.
Bizim.Media xÉ™bÉ™r verir ki, Xalq tÉ™qviminÉ™ görÉ™, dekabrın 21-dÉ™n baÅŸlayan qış fÉ™slinin “oÄŸlan çağı” - 20 günlük Kiçik çillÉ™ fevralın 20-dÉ™ baÅŸa çatıb.
Bu gündÉ™n – 21 fevraldan Novruz bayramınadÉ™k qalan 30 günlük müddÉ™ti - Boz ayı yaÅŸayacağıq.
Bu təqvimlə qış üç hissədən ibarətdir: dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 20-dək Kiçik çillə, fevralın 21-dən martın 20-dək Boz ay davam edir.
Adətən Böyük çillədən fərqli olaraq, Kişik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır.
Ona görÉ™ dÉ™ Kiçik çillÉ™yÉ™ “qışın oÄŸlan çağı” da deyirlÉ™r.
"Çillə" sözü - ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir.
Havanın dəyişkən keçməsinə görə Boz ay haqqında "Boz ay bozara-bozara keçər", "Boz ay boz sifətin göstərir" deyirlər.
Boz ay dövründə qışın qurtarmasını və təbiətin oyanmasını qeyd etmək üçün ilaxır çərşənbələr qeyd edilir. Bu günlərdə od-ocaq qalanır, insanlar alovun üzərindən atılaraq ağırlıqdan xilas olur.
Bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək. Martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.
Azərbaycanda bu il yaz fəsli martın 20-si saat 18:45:53-dən başlayacaq.
Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır. (Mənbə: modern.az)
Bizim.Media