EN

Kəmaləddin Heydərov Çelsi Baxşıyeva ilə gündəmə gələn Anar Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ

Model, bloger Çelsi Baxşıyevanı videoları ilə təhdid etdiyi deyilən Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri Anar Pirməmmədovun vəzifəsindən azad edildiyi bildirilir.

Yenilik.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov ötən gün Anar Pirməmmədovun vəzifəsindən azad edilməsi ilə bağlı əmr imzalayıb.
Model, bloger Çelsi Baxşıyeva Oxu.az saytına açıqlamasında sevgilisi Anar Pirməmmədovun ailəli, iki uşaq atası olduğunu əvvəlcədən bilmədiyini, sonradan Pirməmmədov tərəfindən intim videoları ilə təhdid edildiyini deyib. O həmçinin bildirib ki, A.Pirməmmədovun atası Həsrət Pirməmmədov Yasamal Rayon Prokurorluğunda baş ədliyyə müşaviri olub, əmisi İlham Pirməmmədov da keçmiş təhsil nazirinin müşaviri olub. Həsrət Pirməmmədovun adının rüşvət işlərində hallandığı, işdən uzaqlaşdırıldığı barədə məlumatlar var. Qayınanası Mehriban Səmədova İqtisad Universitetinin Gənclik korpusunda kafedra müdiridir. Mehriban Səmədovanın bacısı isə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Şəhla Səmədovadır. Bloger həmçinin iddia edib ki, Həsrət Pirməmmədovun Ramiz Mehdiyevin yaxın adamlarından olduğu, hətta karantin dövründə qızına təşkil etdiyi toyda iştirak etdiyi barədə onda məlumat var. Onda olan materiallar realdır və səsyazıları mövcuddur.
A.Pirməmmədov xidməti avtomobillə ardınca gəlib. Əlavə olaraq məlumat verib ki, Anar Pirməmmədov nazirin birinci müavini Rəfael Mirzəyevin yaxın qohumudur, məsələ ictimailəşsə, işdən çıxarılacaq.
Chosen
1
13
yenilik.az

10Sources