GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Slovakiya hökuməti Kiyevin Drujba boru kəməri ilə neft tranzitini bərpa etməməsi halında, 23 fevraldan etibarən Ukraynaya elektrik enerjisi təchizatını dayandıracaq .
Globalinfo.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso açıqlayıb.
Baş nazir Ukraynaya iki gün vaxt verildiyini bildirib:
“Slovakiya qürurlu və suveren bir ölkədir, mən də qürurlu və suveren bir slovakiyalıyam. Əgər Slovakiyaya neft tədarükü bazar ertəsinə qədər bərpa olunmazsa, SEPS-dən Ukraynaya elektrik enerjisi tədarükünü dayandırmasını xahiş edəcəyəm”.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.