"Atletik"in hücumçusu Niko Uilyams yay “transfer pəncərəsi”ndə komandasını dəyişə bilər.
"Football-plus.az" xəbər verir ki, "Liverpul"la"Tottenhem" futbolçunun müqaviləsində yer alan 95 milyon avroluq (190 milyon manat – red.) sərbəstqalma bəndini aktivləşdirməyə hazırdı.
Mümkün ayrılığın səbəblərindən biri Bilbao təmsilçisinin avrokuboklara vəsiqə qazana bilməyəcəyi halda oyunçuya həftəlik təxminən 195 min avro ödəmək istəməməsidi. Komanda hazırda İspaniya çempionatında 11-ci pillədə qərarlaşıb.
İngiltərəli həmkarlarımızın yaydığı xəbərdə o da vurğulanır ki, "Barselona" ötən yay baş verən hadisələrdən sonra futbolçunu heyətinə qatmaq üçün yenidən cəhd göstərmək niyyətində deyil.