EN

“BMW”ni dayanacaqda saxlayan sürücü cəzalandırıldı


Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində “BMW” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacağının içərisinə park edib.
Yeniavaz.com
Avtosfer.az-a istinadən xəbər verir ki, 90-AA-346 dövlət nömrə nişanlı “BMW”nin belə park olunması nəticəsində avtobuslar sərnişinləri dayanacaqdan kənarda saxlayaraq mindirib-düşürməli olublar. Bu, həm digər sürücülərin yolunu kəsərək sıxlığa səbəb olub, həm də sərnişinlərin təhlükəsizliyini riskə atıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilən məlumata görə, dayanacaqda avtomobil park edən sürücü cəzalandırılıb.
Qeyd olunub ki, “BMW” markalı, 90-AA-346 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib.
Chosen
3
11
yeniavaz.com

10Sources