EN

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəlib

2026-cı ilin fevralında Urmiya gölündə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 62-68 santimetr artıb. Bu da hidroloji vəziyyətin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını göstərir.

Ölkə.az xəbər verir ki, bu barədə regional səlahiyyətlilər bildiriblər.

Agentliyin məlumatına əsasən, Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlər Elmi-Tədris Mərkəzinin rəhbəri Əhməd Baybordi qeyd edib ki, göldə suyun səviyyəsi təxminən 1 270,12–1 270,18 metrə çatıb.

Səviyyənin yüksəlməsi ilə yanaşı, su səthinin sahəsi də əhəmiyyətli dərəcədə artıb – ötən il təxminən 481 kv. km-dən hazırda 870-900 kv. km-ə qədər.

Ə.Baybordinin sözlərinə görə, müsbət dinamika çoxillik normanı 70-115 % üstələyən yağıntıların miqdarı, həmçinin çaylardan saniyədə təxminən 22 kubmetrə çatan su axınının artması ilə bağlıdır.

O vurğulayıb ki, əlverişli iqlim şəraitinə baxmayaraq, hazırkı su səviyyəsi uzunmüddətli orta göstəricidən təxminən dörd metr aşağı qalır. Bu da hələ ki gölün struktur baxımından bərpasından danışmağa imkan vermir.

Chosen
2
10
olke.az

10Sources