EN

Hollivudun məşhur cütlüyü gizli evlənib - FOTO

Hollivudun məşhur cütlüyü Zendaya və Tom Hollandın gizli evləndiyi iddia olunub.

"Cebheinfo.az" xəbər verir ki, Zendaya çərşənbə günü Beverli Hillsdə obyektivlərə tuş gəlib. Aktrisanın barmağındakı evlilik üzüyü onların gizli nikah masasına oturması haqda xəbərlərin yayılmasına səbəb olub. Zendaya nişan üzüyünü çıxarıb və onu qızıl sadə evlilik üzüyü ilə əvəzləyib.

Yeni şəkillərdə Zendaya film prodüseri Coş Libermanla birlikdə olub. Aktrisa Los-Ancelesdəki gəzintisi zamanı ətrafdakılarla səmimi söhbət edib, fotolar çəkdirib.

"Daily Mail" evlilik məsələsi ilə bağlı  şərh almaq üçün Zendaya və Tomun nümayəndələri ilə əlaqə saxlayıb. Suallar isə cavabsız qalıb. (Axşam.az)

"Cebheinfo.az"

Chosen
2
2
cebheinfo.az

3Sources