EN

İtaliya limanında Kreml barmağı Nazir TAP a qarşı kampaniyanı “moda” adlandırdı

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

İtaliyanın Piombino limanında yerləşən reqasfikatorun (təbii qazın maye vəziyyətdən (sıxılmış qazın (LNG – Liquefied Natural Gas) maye qaz vəziyyətinə qaytarılması üçün istifadə olunan qurğu və ya gəmi – “Fsru Italis / Golar Tundra”) limanda qalması yerli sakinlər və ictimai komitələr tərəfindən uzun müddət tənqid edilir.

Bakupost.az “Corriere Della Sera”ya istinadən xəbər verir ki, narazı kütlə qurğunun ekoloji risklər yaratdığını, həmçinin limanın yeni sənaye layihələrinə – “Metinvest Adria”nın 3 milyard avroluq polad zavoduna mane olduğunu bildirirlər.“Bu ərazi hörmət tələb edir. Hər potensial risk daim qarşısı alınmalıdır. Regassifikator üçün heç bir güzəşt mümkün deyil,” – deyə “Salute pubblica” komitəsi bəyan edib.Yerli sakinlər və komitələr həmçinin nəzərdə tutulan kompensasiyaların hələ həyata keçirilmədiyini vurğulayırlar. Memorandumda liman infrastrukturu və enerji sərfiyyatı üzrə müəyyən güzəştlər nəzərdə tutulsa da, onların əksəriyyəti hələ də tətbiq edilməyib.

Geopolitik paralel və Rusiyanın təsiri

Tarixi baxımdan TAP (Trans-Adriatik Boru Xətti) çəkilərkən də oxşar ekoloji arqumentlərlə çıxış edən hərəkatlar olmuşdu. Sonradan araşdırmalar zamanı məlum oldu ki, bu kampaniyaların arxasında Kreml tərəfindən maliyyələşdirilən təsir kanalları dayanır. Məqsəd Azərbaycan qazının Avropaya çatmasını gecikdirmək və enerji təhlükəsizliyinə təsir etmək idi.Bu baxımdan Piombino regassifikatoruna qarşı çıxan yerli etirazlar sadəcə ekoloji arqumentlərlə məhdudlaşmır, geopolitik maraqların da təsiri nəzərə alına bilər. Nazir Piçetto Fratin bu aspekti dolayısı ilə vurğulayır, yerli komitələrin tələblərini “moda” adlandıraraq strateji prioritetləri ön plana çıxarır.

Nazir reqassifikatorun qalmasını müdafiə edir

Enerji və ətraf mühit naziri Cilberto Piçetto Fratin açıqlayıb ki, reqassifikatorun limandan çıxarılması hazırda mümkün deyil, çünki alternativ enerji mənbəyi yoxdur. O, TAP-ın həyati əhəmiyyətini belə izah edib:“Əgər TAP olmasaydı, son dörd ildə İtaliya hər gün təxminən iki saat işıqsız qalmalı olacaqdı. TAP-sız ölkənin enerji təminatında çıxılmaz vəziyyətlə üz-üzə qalarıq”.Bu sitat TAP-ı Azərbaycan qazının İtaliyaya çatdığı və enerji təhlükəsizliyini təmin edən həyati layihə kimi təqdim edir.

Azərbaycan qazı və TAP – İtaliyanın xilaskarı

TAP layihəsi 2018-ci ildən fəaliyyət göstərir və Azərbaycanın təbii qazını Gürcüstan və Yunanıstan vasitəsilə İtaliyaya çatdırır. Piombino reqassifikatoru ilə birlikdə TAP Avropanın enerji təhlükəsizliyini təmin edən iki əsas dayağa çevrilir. Son illərdə Avropada enerji böhranları, xüsusən Rusiyanın Ukraynaya müdaxiləsi sonrası, TAP və Azərbaycan qazının strateji əhəmiyyəti daha da ön plana çıxıb.“Azərbaycan qazı və TAP boru xətti olmadan İtaliya ciddi enerji çatışmazlığı ilə üz-üzə qalardı,” – deyə enerji analitikləri vurğulayır.Piombino reqassifikatorunun limanda qalması yerli sakinlər üçün narahatlıq yaratsa da, Azərbaycan qazı və TAP boru xətti İtaliyanın enerji təhlükəsizliyini qoruyur. Nazir Cilberto Piçetto Fratinin açıqlamaları göstərir ki, alternativ yoxdur və reqassifikator TAP vasitəsilə İtaliyanın enerji təminatında çıxılmaz vəziyyəti aradan qaldırır.Bundan əlavə, TAP və Azərbaycan qazı Avropadakı geosiyasi balans üçün də strateji əhəmiyyət daşıyır, yerli etirazların arxasında geopolitik maraqların olma ehtimalını nəzərə alaraq məsələ daha geniş çərçivədə dəyərləndirilir.Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
www.bakupost.az

1Sources