EN

Məktəblilər beynəlxalq müsabiqədə 6 medal qazanıblar

7-8 fevral tarixlərində Rumıniyada 10-cu “Info1Cup” proqramlaşdırma müsabiqəsi keçirilib.

AzEdu.az xəbər verir ki, 16 ölkədən 189 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı beynəlxalq müsabiqəyə Azərbaycan məktəbliləri onlayn formatda qoşulublar. Şagirdlər müsabiqədə yüksək nəticə göstərərək 1 qızıl, 3 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medal əldə ediblər.

Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Fateh Əhmədzadə müsabiqədə qızıl medal qazanıb. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Ömər Əliməmmədzadə, eləcə də Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Elay Verdiyev və Əkbər Əhmədov gümüş medala layiq görülüblər. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Atilla Mustafa və Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 10-cu sinif şagirdi Mərd Cəfərzadə isə müsabiqəni bürünc medalla başa vurublar.

Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərin beynəlxalq fənn olimpiadalarına və proqramlaşdırma müsabiqələrinə hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində ölkənin müxtəlif bölgə və paytaxt məktəblərini təmsil edən şagirdlər müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma yarışlarında ümumilikdə 114 medal qazanıblar.

Chosen
7
9
azedu.az

10Sources