Bakı. Trend:
"Azercell"in dəstəyi ilə şagirlər “Info1Cup”proqramlaşdırma müsabiqəsinə qatılıblar
7-8 fevral tarixlərində Rumıniyada 10-cu “Info1Cup”proqramlaşdırma müsabiqəsi keçirilib. 16 ölkədən 189 şagirdinproqramlaşdırma üzrə biliklərini sınadığı beynəlxalq müsabiqəyəAzərbaycan məktəbliləri onlayn formatda qoşulublar. Şagirdlərmüsabiqədə yüksək nəticə göstərərək 1 qızıl, 3 gümüş və 2 bürüncolmaqla ümumilikdə 6 medal əldə ediblər.
Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinifşagirdi Fateh Əhmədzadə müsabiqədə qızıl medal qazanıb. TürkiyəDəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi ÖmərƏliməmmədzadə, eləcə də Bakı şəhəri Fizika, riyaziyyat vəinformatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Elay Verdiyevvə Əkbər Əhmədov gümüş medala layiq görülüblər. Türkiyə DəyanətVəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Atilla Mustafa vəSumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 10-cu sinifşagirdi Mərd Cəfərzadə isə müsabiqəni bürünc medalla başavurublar.
Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərin beynəlxalqfənn olimpiadalarına və proqramlaşdırma müsabiqələrinə hazırlıqprosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bumüddət ərzində ölkənin müxtəlif bölgə və paytaxt məktəblərinitəmsil edən şagirdlər müxtəlif yaş qrupları üzrə beynəlxalqproqramlaşdırma yarışlarında ümumilikdə 114 medal qazanıblar.