EN

Dayanacaqda saxlayan “BMW” sürücüsü cəzalandırıldı

Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində “BMW” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacağının içərisinə park edib.

Ölkə.az Avtosfer.az-a istinadən xəbər verir ki, 90-AA-346 dövlət nömrə nişanlı “BMW”nin belə park olunması nəticəsində avtobuslar sərnişinləri dayanacaqdan kənarda saxlayaraq mindirib-düşürməli olublar. Bu, həm digər sürücülərin yolunu kəsərək sıxlığa səbəb olub, həm də sərnişinlərin təhlükəsizliyini riskə atıb.

Məsələ ilə bağlı Bakı Şəhər DYP İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, “BMW” markalı, 90-AA-346 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib: “Onun barəsində AR İXM-nin 346.2-ci ( ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında nəqliyyat vasitələrinin dayanması və durması) maddəsi ilə protokol tərtib edilib”.

Chosen
5
11
olke.az

10Sources