EN

Rusiya ötən gecə Ukraynaya ballistik raket və PUA-larla zərbələr endirib

Fevralın 21-i gecə saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynaya "İskəndər-M" ballistik raketi və 120 pilotsuz uçuş aparatı (PUA) ilə zərbələr endirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Fevralın 21-i gecə saatlarında bir "İskəndər-M" ballistik raketi, həmçinin "Shahed", "Gerber", "İtalmas" tipli və digər növ 120 zərbə PUA-sı ilə hücum həyata keçirilib", - mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, hücum nəticəsində 11 yerdə zərbə faktı qeydə alınıb.

Chosen
4
1
xezerxeber.az

2Sources