EN

Kukurelya üçün yeni müqavilə hazırlanır

"Çelsi"nin müdafiəçisi Mark Kukurelya ilə bağlı yeni müqavilə planı hazırlanır.

"Football-plus.az" xəbər verir ki, London təmsilçisi müddəti 2028-ci ilin yayında başa çatacaq müqaviləni yeniləmək üçün futbolçu ilə danışıqlara hazırdı. 27 yaşlı oyunçu da müzakirələrə açıqdı və son “transfer pəncərə”sində ona maraq göstərən "Barselona"ya qayıtmaq barədə düşünmür.

Qeyd olunur ki, yeni müqavilə ilə bağlı danışıq dünya çempionatından əvvəl baş tuta bilər. Hazırda Kukurelya komandada toxunulmaz statusuna malik futbolçulardan biri sayılır.

İspaniyalı müdafiəçi bu mövsüm bütün turnirlərdə 35 matça çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə verib. Onun "Çelsi" ilə indiki müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədi.

"Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 50 milyon avrodu.

Chosen
13
football-plus.az

1Sources