EN

Ana dili xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şəki, 21 fevral, Mustafa Dadaşov, AZƏRTAC

21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən mədəni-maarif müəssisələrində silsilə tədbirlər - ədəbi-bədii gecələr, dəyirmi masalar, müsabiqələr keçirilib, kitab sərgiləri təşkil olunub.

Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirlərin əsas məqsədi ana dilinin milli-mənəvi dəyərlər sistemindəki rolunun təbliği, gənc nəslin dilə sevgi və hörmət ruhunda tərbiyə olunması, eləcə də Azərbaycan dilinin saflığının qorunması və zənginliyinin gələcək nəsillərə ötürülməsidir. Tədbirlər, eyni zamanda, bölgədə mədəni-maarif mühitinin zənginləşdirilməsinə, milli-mədəni dəyərlərin təbliğinə və gənclərin intellektual inkişafına töhfə vermək məqsədi daşıyıb.

Keçirilən tədbirlərdə dilimizin keçdiyi inkişaf mərhələsindən ətraflı bəhs olunub, ana dilinin hər bir xalqın varlığını təmin edən əsas amillərdən biri olduğu vurğulanıb. Qeyd olunub ki, ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Dil xalqın mənəviyyatının güzgüsü, dünyanın ümumi mədəniyyətinin tərkib hissəsi, mənəvi diriliyidir. Diqqətə çatdırılıb ki, ana dili xalqımızın milli kimliyinin formalaşmasında mühüm rol oynayır və onun qorunması hər bir vətəndaşın mənəvi borcudur.

Tədbirlərdə ana dilinə həsr olunmuş ədəbi nümunələr səsləndirilib, klassik və müasir Azərbaycan ədəbiyyatından seçmələr təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
azertag.az

2Sources