EN

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən ödənişlixidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə realifadədə 7,6 faiz artaraq 1 milyard 264,1 milyon manat olub.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 954,7 milyonmanatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin75,5 faizini təşkil edib.

2026-cı ilin yanvar ayında hər bir ölkə sakini orta hesabla123,2 manatlıq və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominalifadədə 14,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadəedib. 2025-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri2024-cü illə müqayisədə Bakı şəhəri üzrə 10,3, Abşeron-Xızıiqtisadi rayonu üzrə 9,9 faiz, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə8,4 faiz, Şirvan-Salyan iqtisadi rayonu üzrə 8,1 faiz, ŞəkiZaqatalaiqtisadi rayonu üzrə 8,0 faiz, Qazax-Tovuz iqtisadi rayonu üzrə 7,5faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 7,2 faiz, Dağlıq Şirvaniqtisadi rayonu üzrə 5,8 faiz, Mərkəzi Aran iqtisadi rayonu üzrə5,5 faiz, Lənkəran-Astara iqtisadi rayonu üzrə 5,3 faiz, Qarabağiqtisadi rayonu üzrə 3,1 faiz, Mil-Muğan iqtisadi rayonu üzrə 1,8faiz, Naxçıvan Muxtar Respublikası üzrə 0,3 faiz artıb.

Chosen
4
4
az.trend.az

10Sources