Albaniya Super Liqasında 25-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv "Dinamo"nu (Tirana) qəbul edib.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start "11-lik"də yer alan Əliyev 90 dəqiqə mübarizə aparıb.
Hazırda 46 xalı olan "Eqnatiya" turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub.
Toğrul