EN

Avropanın altıncı nəsil FCAS qırıcı təyyarə layihəsi reallaşdırılmayaq

Fransa, Almaniya və İspaniyanın birgə inkişaf etdirməyə çalışdığı altıncı nəsil FCAS (Future Combat Air System) döyüş təyyarəsi layihəsi reallaşdırılmayacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken özünün “Facebook” hesabında bildirib.

“Artıq aylardır bunun mümkünsüz olduğu görünürdü və indi bu, Almaniyanın Kansleri Fridrix Merts tərəfindən də təsdiqlənir. Belçika bu proqramda müşahidəçi statusundadır. Müttəfiqlərimizlə məsləhətləşərək mövqeyimizi yenidən müəyyənləşdirəcəyik”, – deyə nazir qeyd edib.

Belçikanın hava döyüş qabiliyyətinə investisiya qoymağa davam etdiyini vurğulayan T.Franken, 11 ədəd əlavə F-35 qırıcısı sifariş etdiklərini və onlara üstünlük verdiklərini bildirib: “Bu təyyarələri İtaliyanın Cameri şəhərində istehsal etməklə və öz şirkətlərimiz üçün iqtisadi geri dönüşü artırmaqla onları mümkün qədər “avropalı” etməyə çalışırıq.

Avropanın altıncı nəsil döyüş təyyarəsi hələ də bir arzudur. Ümid edirik ki, bu arzu nə vaxtsa reallaşacaq. Bütün variantları nəzərdən keçiririk”.

Chosen
19
1
poliqon.az

2Sources