EN

FHN tərəfindən əlilliyi olan şəxslərə qulluq edənlər üçün maarifləndirmə tədbirləri keçirilib

Bakı, 21 fevral, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış Birgə Fəaliyyət Planına uyğun olaraq əlilliyi olan və onlara qulluq edən şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair silsilə maarifləndirmə tədbirləri təşkil olunub.

FHN-dən AZƏRTAC-a bildirilib ki, nazirliyin Bakı Regional Mərkəzi tərəfindən Suraxanı rayonunda yerləşən 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində və Aran Regional Mərkəzi tərəfindən Yevlax Reabilitasiya Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin əsas məqsədi əlilliyi olan şəxslərə qulluq edənlərdə təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı düzgün davranış vərdişlərinin formalaşdırılması və onların hazırlıq səviyyəsinin yüksəldilməsi olub.

Tədbirlər zamanı fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub.

Mövzular ətrafında geniş müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Chosen
12
7
azertag.az

8Sources