Millimizin üzvü Renat Dadaşov Polşa çempionatına növbəti matçına çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, onun çıxış etdiyi “Motor” 22-ci turda “Piast Qlivitse”nin qonağı olub və qələbə qazanıb.
Dadaşov görüşün 71-ci dəqiqəsində – komandası hesabda 2:0 öndə olarkən meydana çıxıb.
Qeyd edək ki, “Motor” 22 oyundan sonra 27 xalla 12-ci pillədə qərarlaşıb.