Renat Dadaşov Polşa çempionatında növbəti matçına çıxıb.
"Football-plus.az" xəbər verir ki, onun çıxış etdiyi "Motor" 22-ci turda "Piast Qlivitse"nin qonağı olub və qələbə qazanıb.
Həmvətənimiz görüşün 71-ci dəqiqəsində - komandası hesabda 2:0 öndə olarkən meydana çıxıb.
"Motor" 27 xalla 12-ci pillədə qərarlaşıb.