EN

Zelenski: “Əsgərimiz cənubda irəliləyir”

ain.az, Ayna portalına istinadən məlumat yayır.

“Ukrayna cənub bölgəsində 300 kvadratkilometr ərazini azad edib”

“Ukrayna hərbçiləri 300 kvadratkilometr ərazini azad etməyi bacarıblar. Bu, cəbhənin cənub bölgəsində baş verib”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Frans-Press”ə müsahibəsində deyib.

Ukrayna lideri qeyd edib ki, əsgərləri cənubda irəliləyir: “Təfərrüata varmayacam, amma bu gün ilk növbədə ordumuzu - bütün müdafiə qüvvələrini - təbrik edə bilərəm, çünki bu günə qədər 300 kvadrat kilometr ərazi azad edilib”.

“Ukrayna Rusiyanın “Starlink” terminallarının bağlanmasından yararlanır”, - deyə Zelenski əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
ayna.az

7Sources