Ramazan ayında iftar süfrələrinin təşkili, həmişəki kimi, gündəmin əsas mövzularından biridir. Bəziləri iftarını restoran və kafelərdə açmağa üstünlük verir, bəziləri isə dostlarına jest edərək iftar süfrələrinin məhz ictimai iaşə müəssisələrində təşkilinə çalışırlar.
Artıq paytaxtda və ətraf ərazilərdə fəaliyyət göstərən bir çox iaşə obyektləri xüsusi iftar menyularını təqdim etməyə başlayıblar. Menyularda şorba, xurma və sərinləşdirici içkilərdən tutmuş isti yeməklər, kabab növləri, plov, salatlar və şirniyyatlara qədər müxtəlif təamlar yer alır. Təklif olunan çeşidin zənginliyi isə qiymətlərdə fərqlilik yaradır.
Bəzi məkanlarda daha münasib paketlər təqdim olunsa da, mərkəzi ərazilərdə və yüksək xidmət səviyyəsi ilə seçilən restoranlarda qiymətlər xeyli dəyişir.
Bəs bu il restoranlarda iftar etmək istəyənlər nə qədər xərc çəkməli olacaqlar?
Publika.az xəbər verir ki, Oxu.Az-ın əməkdaşı müxtəlif ərazilərdə iftar menyularının qiymətlərini araşdırıb.