EN

“Real Madrid”in müdafiəçisi Din Heysen zədələndi

Bakı. Trend:

Real Madridin mərkəz müdafiəçisi Din Heysen zədə alıb.

Trend xəbər verirki, Madrid klubu futbolçunun sağ ayağının baldır əzələsində zədədiaqnozu qoyulduğunu açıqlayıb.

“Real” bərpa müddətini rəsmi olaraq açıqlamayıb.

Müdafiəçi CA Osasuna ilə oyun ərəfəsində narahatlıq səbəbindənməşq etməyib və Pamplonada keçiriləcək İspaniya çempionatı matçınıburaxacaq. Bununla belə, klub futbolçunun Çempionlar Liqasında SLBenficaya qarşı cavab görüşünə qədər sağalacağına ümid edir.

Qeyd edək ki, Heysenin zədəsi ciddi deyil və onun 5–7 günmeydanlardan kənarda qalacağı bildirilir.

Chosen
27
az.trend.az

1Sources